22 Oktyabr 2024
Dünyadan

Aksel Vitsel “Yuventus”dan üzr istədi

Aksel Vitselin “Tyanszin Syuansyan” komandasına keçidinin təfərrüatları məlum olub.

İdmanxeber.com-un məlumatına görə, dünən 27 yaşlı belçikalı futbolçu Çin klubu ilə 3 illik müqavilə bağlayıb. O, müqavilə imzaladıqdan sonra “Yuventus” klubundan üzr istəyib və belə təkliflərdən imtina etməyin ağılsızlıq olduğunu qeyd edib.

Xatırladaq ki, Vitselin məvacibi illik 25 milyon avro olacaq. “Zenit”ə isə 7 milyon avro çatacaq. Bundan başqa, Rusiya təmsilçisi müxtəlif bonuslar da ala bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43