27 Noyabr 2024
Ölkə futbolu

“Albaniya və Qırğızıstan klublarından təkliflərim var idi” – “Kəpəz”in yeni transferi

“Kəpəz”in yeni transferi Orxan Əliyev İdmanxeber.az saytına müsahibə verib. Azərbaycanlı hücumçu debüt etdiyi “Turan Tovuz” oyunundan və özünə gec komanda tapmasından söz açıb.

– “Kəpəz”dəki debütün uğurlu alınmadı. Komanda “Turan Tovuz”la görüşdə böyükhesabla uduzdu. Necə şərh edirsən görüşü?

Oyun öncəsi 3-4 gün idi komandaya qoşulmuşdum. Hazırda özümdən çox şey gözləmirəm. Çalışaram ki, komandaya kömək edim. Bacardığım qədər “Kəpəz”ə faydalı olmağa çalışacam. Müəyyən vaxt keçdikdən sonra daha yaxşı formada olacağımı düşünürəm.

– Ötən mövsümü çox yaxşı keçirsən də, xeyli vaxt klubsuz qaldın. Bunun səbəbi nə idi? Deyilənlərə görə, yüksək maaş tələb edirsən…

Yox, çox pul istəməmişəm. Sadəcə əziyyətimin qarşılığını istəyirəm. Özünüz də bilirsiniz ki, mən hardan haraya gəlmişəm. Region Liqasından Premyer Liqaya çıxdım. Özümü yaxşı tərəfdən göstərə bildim. Təkliflərim var idi. Sadəcə, dərhal qərar verə bilmədim. Vaxt olduğu üçün gözləyirdim. Düşündüm ki, hələ çox variantlar olacaq.

– Təkliflər Azərbaycandan idi?

Elə ilk təklif ötən mövsüm çıxış etdiyim “Araz Naxçıvan”dan gəldi. Sadəcə razılaşa bilmədik. Mən maaşımda artım istəyirdim. Çünki ötən mövsüm komandada ən çox qol vuran futbolçuyam. Mən də istəyirəm ki, özüm üçün nəsə edim, çox pul qazanım. Daha sonra ölkə xarcindən təkliflər oldu. Azərbaycan klubaları ilə müqayisədə daha yaxşı variantlar var idi. 

– Hansı ölkələrdən gəlirdi təkliflər?

Albaniya, Qırğızıstan klublarından maraq var idi. Məndən dərhal cavab istəyirdilər. Ancaq qərar verməyim üçün vaxt lazım idi. Düşündüm ki, daha yaxşı imkanlar ola bilər. Demirəm, indi vəziyyət pisdi. Yəni nə olmalıydısa, o da olub. Deməli, mən “Kəpəz”də olmalıydım. 

– “Araz Naxçıvan”da yaxşı mövsüm keçirib “Kəpəz”ə gəlmək geriləmək deyil səncə?

Yox, deməzdim. Bu futboldu, hər şey olur. İstənilən komandanın formasını geyinə bilərsən. Mən “Kəpəz”də daha öncə də oynamışam. Məni burada sevirlər, tanıyırlar. Vəziyyətdən çıxmaq üçün komandaya kömək etməliyəm. “Turan Tovuz”la oyunda az bir müddət meydanda oldum. Qarşıdakı görüşlərdə daha da artırmalıyam. 

– Səncə, “Kəpəz” bu heyətlə Premyer Liqada qala biləcək?

Hələ cəmi 3 tur keçib. İndi qalmaqdan, düşməkdən danışmaq üçün tezdir. Mən cəmi 1 həftədir buradayam. Məşqçiləri tanıyıram, yavaş-yavaş uşaqları da tanımağa başlayıram. Çalışıb ortalığa yaxşı bir nəticə çıxarmalıyıq. Oyunçuların əksəriyyəti yerlidir. Legionerlərə də özlərinə gəlmək üçün vaxt lazımdır. Yavaş-yavaş komanda daha yaxşı çıxış edəcək. 

– “Araz Naxçıvan”dan milliyə dəvət ala bilmədim. Səncə, “Kəpəz”dən yığmaya gedə biləcəm?

Hər şey ola bilər. Hamısı özümdən asılıdır. İstəyirəm ki, hər şeyi edib milliyə dəvət alım.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43