Rusiya millisinin əslən azərbaycanlı olan futbolçusu Aleksandr Səmədov millimizə qarşı keçirilən son oyunla bağlı yenə açıqlama verib.
Səmədov, "İnvestiya" qəzatinə müsahibəsində bunları deyib:
“Hamı başa düşürdü ki, oyun gərgin keçəcək və biz güclü pressinq altında olacağıq. Matça biz nəzarət edirdik, hesabda 1:0 öndəydik, amma sonda qol buraxdıq. Allaha şükür ki, hər şey yaxşı qurtardı. Azarkeşlərdən isə incik deyiləm.
O, oyun bitəndən sonra millimizin üzvləri ilə arasında olan dialoqa da toxunub: "Biz normal qaydada danışdıq. Söhbətimiz isə futbol yox, başqa mövzularda idi”.