04 Oktyabr 2024
Ölkə futbolu

Aleksey Kaşuk “Qarabağ”da?

“Qarabağ” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə klub rəsmi səhifəsindən paylaşım edib. Ağdam təmsilçisi sosial şəbəkə hesabından etdiyi paylaşımda azarkeşlərə yeni transferi nəzərdə tutaraq “Təxmin edin kimdir?” sualını verib.

Azarkeşlərin bir çoxu isə paylaşımdakı oyunçunun Aleksey Kaşuk olduğunu bildirib. Ukraynalının yaxın vaxtda “Qarabağ”ın futbolçusu olacağı gözlənilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43