“Qəbələ”nin futbolçusu Aleksey Qayın müsahibəsi
– “Borussiya” ilə Bakıda qarşılaşdınız. Necə düşünürsən Almaniyadan xalla dönmək mümkündür?
Əlbəttə, inanırıq. İnanmasaydıq bu mərhələyə kimi gəlməzdik, qruplara düşməzdik. Xal əldə edə bilərik və bunun üçün də ora yollanırıq.
– Dortmund təmsilçisi ilə ilk oyundan sonra onların zəif tərəflərini müəyyən edə bilmisiz?
Elə bir komanda yoxdur ki, onun problemləri olmasın. Biz yüksək tempdə davam etsək istədiyimizə nail ola bilərik.
– İlk oyunda xeyli qol imkanlardan yararlana bilmədiz. Bu yöndə hər hansı bir xüsusi hazırlıq olubmu?
Əlbəttə ki, bunun üzərində işləmişik. Bu bizim əsas çatışmamazlığımızdı. İlk oyunda real qol imkanlarımızdan yararlana bilmədik. İnanırıq bu dəfə belə imkanlarımız olsa fərqlənəcəyik.
– Oyunun keçiriləcəyi “Siqnal İduna Park” demək olar ki, dolacaq. Bu amil sizi qorxutmur?
Hamının yerinə cavab verə bilmərəm. Biz belə turnirlərə bu cür atmosferdə çıxış emtək üçün, onlara uyğunlaşmaq üçün qatılırıq. Düşünürəm ki, belə dolu stadionlara uyğunlaşmaq zamanıdı.
– Qriqorçuk avrokuboklarda oynatdığı heyəti daxili çempionatda da meydana buraxır. Bu da yorğunçuluqa səbəb olur. Sən necə düşünürsən?
Heyəti dəyişmək məşqçinin işidi. Düşünmürəm ki, yorulmuşuq. Hər iki cəbhədə mübarizə aparmağa gücümüz çatır.