20 Sentyabr 2024
Dünya futbolu

Aleksis Sançes Fransa klubuna keçir

İyulun 1-də azad agentə çevrilən hücumçu Aleksis Sançes Fransa klubu “Marsel”ə qayıtmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, hazırda futbolçu ilə klub arasında danışıqlar aparılmır. Lakin təklif gəlsə, 35 yaşlı çilili təklifə açıq olacaq.

Sançes 2022/23 mövsümündə Fransa klubunda çıxış edib. O, 44 matçda 18 qol vurub, 3 məhsuldar ötürmə edib. Çilili forvard ötən mövsümü “İnter”də keçirib və 33 oyunda 4 qol vurub, 5 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43