Braziliyalı sabiq futbolçu Aleks De Souza istefaya göndərilib.
İdmanxeber.az-ın məlumatına görə, ölkəsinin II liqa təmsilçisi “Avai” klubunu çalışdıran mütəxəssisin müqaviləsinə xitam verilib. Yanvarın 1-dən komandanın başına keçən Aleks 18 oyunda 6 qələbə, 3 heç-heçə və 9 məğlubiyyət alıb.
45 yaşlı çalışıdırıcının komandası dünən “Vila Nova” klubuna 3:0 hesabı ilə məğlub olub.