Kateqoriyasız

Alfa Fire Liqanın püşkü atıldı – FOTOLAR

Azərbaycan Mini-Futbol Federasiyasının təşkilatçılığı ilə Alfa Fire Liqanın püşkatma mərasimi keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, tədbiri açıq elən edən AMF-in sədr müavini və “Azfar Şirkətlər Qrupu”nun direktoru Taleh Nəsibov iştirakçılara uğurlar arzulayıb.

Daha sonra söz alan baş katib Orxan Hüseynov və liqanın meneceri Vüsal Cəmilli çıxış edərək qonaqları salamlayıblar, AMF-in fəaliyyəti və Alfa Fire Liqa haqqında məlumat veriblər. Öncəki çrmpionatlardan video çarxlar ekrana gətirildikdən sonra tədbirin aparıcısı İsmayıl Abdullayev qrupları müəyyən etmək üçün tədbirə xüsusi qonaq qismində dəvət olunan AFFA nümayəndələrini milli komandanın sabiq üzvləri – Fərrux İsmayılov və Cahangir Həsənzadəni səhnəyə dəvət edib.

Reqlamentə əsasən 12 komanda A və B qrupları olmaqla iki yarımqrupa bölünüb.

A qrupu

“Zəfər”
“Qərbi Azərbaycan”
“Vur komandir”
“Bizon”
“Badamdar”
“Muğan Bank”

B qrupu

“Galaxy”
“KATV1”
“Peçat Dönər”
“Birbaşa”
“Lökbatan Yunayted”
“Sirena Motors”

Qaydalara əsasən ilk 4 yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaq.

A1-B4       A3-B2
A4-B1       A2-B3

Liqanın startı 12 mart tarixində olacaq. Oyunlar həftənin şənbə günləri Azfar Böyükşor stadionunda keçiriləcək. Final oyunu mayın 28-də oynanılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43