Kateqoriyasız

“Ali Baş Komandanımızın məni “Şöhrət” ordeni ilə təltif etməsi karyeramın ən böyük hədiyyəsi oldu”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Şöhrət” ordeninə layiq görülməsinə və aldığı çoxsaylı təbriklərə münasibət bildirib.

İdmanxeber.az xəbər verir ki, bu gün 50 illik yubileyini qeyd edən təcrübəli mütəxəssis verdiyi açıqlamada deyib:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Ali Baş Komandanımızın məni “Şöhrət” ordeni ilə təltif etməsi karyeramın ən böyük hədiyyəsi oldu. Belə qayğı və diqqətə görə minnətdaram. Bu gün çoxlu təbriklər almışam. Təbrik edən hər kəsə təşəkkür edirəm. Əmin oldum ki, “Qarabağ” və mənim uğurlarımı izləyirlər, istəyirlər. Allah Azərbaycan xalqını qorusun”. (Qol.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43