24 Oktyabr 2024
Dünya futbolu

Alkantara “Barselona”dan ayrıldı

Keçmiş futbolçu Tiaqo Alkantara  “Barselona”nın məşqçilər korpusundan ayrılıb.

İdmanxeber.az-ın məlumatına görə, onun yerinə gənclər komandası ilə işləyən Arnau Blanko təyin edilib. Tiaqo iyulda Flikin köməkçisi olmuşdu.

O, komanda ilə ABŞ-da keçiriləcək turnirdə də iştirak edib.

Tiaqo ikiqat Çempionlar Liqasının və Klublararası Dünya Çempionatının qalibi, yeddiqat Almaniya çempionu, dördqat İspaniya çempionudur. Onun İspaniya millisində 46 oyunda 2 qolu var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43