Kateqoriyasız

Allah sizi qorusun, Azərbaycan əsgəri!” – Qara Qarayev

Qarabağ”ın futbolçusu Qara Qarayev Füzulinin Horadiz kəndinin işğaldan azad olunması ilə bağlı danışıb.

27 yaşlı yarımmüdafiəçi bunu həyatının ən unudulmaz günü adlandırıb:

“Bu, həyatımın ən unudulmaz günüdür. Valideynlərimin, nəslimin doğma kəndinə qayıdacağı xəbəri mənim üçün çox önəmli bir hadisədir. Doğma kəndimin düşmənlərdən azad edilməsini sözlərlə ifadə edə bilmirəm. Həsrətində olduğum torpaqlara ayaq basacağım günü səbirsizliklə gözləyirəm. İnanıram ki, bu son deyil. Tezlikdə Qarabağda, Şuşada Azərbaycan bayrağı dalğalanacaq. Ordumuzla, xalqımızla qürur duyuram. Bu gün birlik, bərabərlik günüdür. Allah sizi qorusun, Azərbaycan əsgəri!”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43