Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Atletiko”ya uduzan (0:2) “Yuventus”un baş məşqçisi Maksimiliano Alleqri hələ şanslarının qaldığını deyib:
“İkinci hissədə çox pis oynadıq. Bilirdik ki, “Atletiko” bizə yaxşı oynamağa imkan verməyəcək. Buna adaptasiya ola bilmədik və cəzalandırıldıq. Turində asan olmayacaq. Biz əla oyunmalıyıq. Amma mən hələ də ümidliyəm.
Bizim hər şeyi dəyişmək şansımız olacaq və biz inamımızı saxlamalıyıq. Bu məğlubiyyəti tezliklə yaddan çıxarıb Turində daha yaxşı oynamalıyıq. Biz ötən mövsüm öz meydanımızda “Real”a 0:3 uduzduqdan sonra şansımızı itirməmişdik. İndi də şansımızı saxlayırıq”.