Dünya futbolu

Alleqri “Yuventus”un 15 xalının silinməsindən danışdı

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri komandanın 15 xalının silinməsinə münasibət bildirib.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis məsələ ilə bağlı apellyasiya şikayəti verəcəklərini də xatırladıb:

“Gözlənilməz hadisədir. Soyuqqanlı olmaq, qələbələr qazanmaq lazımdır. Olacaqları daha sonra düşünəcəyik. Hələlik yeddinci pilləyə qalxmağa çalışacağıq. Ayrılmağa niyyətim yoxdur. Komandanı daha da yuxarı pillələrə daşımaq lazımdır”.

Qeyd edək ki, Turin təmsilçisi hazırda 22 xalla 10-cu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43