Dünya futbolu

Alleqrinin “qoca sinyora”da son mövsümü ola bilər

”Yuventus” rəhbərliyi mövsümün sonunda Massimiliano Alleqriylə yollarını ayıra bilər.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis “qoca sinyora”da 2-ci dönəmini yaşayır. O, ilk dönəmində Turin klubuna 5 İtaliya çempionluğu qazandırıb.

”Eurosport”un verdiyi məlumata görə Alleqri mövsümün sonunda komandanı Çempionlar Liqasına apara bilsə, belə klub onu vəzifəsinə son verə bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43