Braziliyada təşkil olunan sayca 20-ci dünya çempionatına yekun vurulub.
İdmanxeber.com-un məlumatına görə, finalda Almaniya və Argentina milliləri qarşılaşıblar.
Mundialın həlledici matçının əsas vaxtında hesab açılmayıb. Lakin əlavə vaxtda avropalılar Götzenin vurduğu qolla qələbə qaznıblar.
Almaniya 1:0 hesabı ilə qalib gələrək Cənubi Amerikada dünya kubokunu qazanan ilk Avropa komandası kimi tarixə düşüb.