Milli komanda

Almaniya – Azərbaycan matçının hakimləri məlum oldu

21 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa Çempionatının seçmə mərhələsində Almaniyalı həmyaşıdları ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, artıq bu oyunu idarə edəcək hakimlər məlumdu. Belə ki, qarşılaşmanı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.Matçın baş hakimi Stevan Krastev olacaq. Ona həmyerliləri İvan Valçev, Krum Stoylov və Stanislav Todorov köməklik edəcək.

Qeyd edək ki, Almaniya – Azərbaycan matçı noyabrın 13-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43