Almaniya Bundesliqasının XXV turunda keçirilən “Hoffenhaym” – “Maynts” qarşılaşmasında xoşagəlməz hadisə baş verib.
İdmanxeber.com-un məlumatına görə, sürətlə topa qaçan meydan sahiblərinin futbolçusu Bek müvazinətini itirərək kənarda dayanan kameramana çırpılıb. Vəziyyəti ağır olan kameraman dərhal xəstəxanaya aparılıb.