Almaniyanın U-17 yığması İspaniyaya qalib gələrək DÇ-2023-ün yarımfinalına yüksəlib – 1:0.
İdmanxeber.az-ın məlumatına görə, görüş İndoneziyada baş tutub. Qələbə qolunu 64-cü dəqiqədə 17 yaşlı hücumçu Paris Brunner penaltidən vurub. İkinci hissənin əsas vaxtında ispaniyalı qapıçı Raul Ximenes meydandan qovulub.
Almaniya gənclər arasında dünya çempionatının yarımfinalında Braziliya və ya Argentina ilə qarşılaşacaq.