Dünya futbolu

Almaniya klubundan Portuqaliyaya

Almaniyanın “Union” klubunun yarımmüdafiəçisi Robin Qozens karyerasını Portuqaliyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı almaniyalıya “Benfika” iddialıdır. Qozens ötən mövsüm 37 oyun keçirib, 7 qol vurub və 4 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı futbolçunun dəyərini 12 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43