Ölkə futbolu

Almaniya mətbuatı: “Qarabağ” klubu heç də Avropanın tanınmış komandalarından biri sayılmır”

Avropa Liqasında yeganə təmsilçimiz olan "Qarabağ"ın son təsnifat mərhələsinin cavab qarşılaşmasında "Ayntraxt"la oynayacağı maçtda anşlaq olacağı gözlənilir.

Avqustun 29-da Frankfurtda keçiriləcək maçtın biletləri tükənmək üzrədir. Hələ ötən həftə püşk atılanda rəsmi olaraq 45 min biletin satıldığı açıqlanmışdı.

Biletlə bağlı Almaniya mətbuatına maraqlı müqayisə aparılıb: “Ayntraxt”ın son təsnifat mərhələsinə ev oyununa 43 min bilet satılmışdı. Bu, hələ rəqib müəyyənləşməyəndə belə idi. Satışın davam etməyi yaxşı göstəricidir. Onu nəzərə alaq ki, Ağdamın “Qarabağ” klubu heç də Avropanın tanınmış komandalarından biri sayılmır”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43