Dünyadan

Almaniya milli komandası daha 2 itki verib

Almaniya yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marino ilə qarşılaşacağ matça ciddi itkilərlə hazırlaşır.

İdmanxeber.com-un məlumatına görə, komandanın əsas qolkiperi Manul Noyer və yarımmüdafiəçi Yulian Brandt xəstəndiyi üçün meydanda ola bilməyəcəklər.

Qeyd edək ki, Jerom Boatenq və Toni Kross isə zədə səbəbindən oyunu buraxmalı olacaq.


San Marino – Almaniya görüşü noyabrın 11-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43