Dünya futbolu

Almaniya millisi Bakıya gəlir – FOTO

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olacaq Almaniya yığması ölkəmizə yola düşüb.

İdmanxeber.com-un məlumatına görə, Bundestim Bakı vaxtı ilə saat  17:35-də çarter reytsi ilə Düsseldorf şəhərindən ölkəmizə səfərə çıxıb. Yoahim Lövün komandası gecə saatlarında Bakıya eniş edəcək.

Əldə etdiyimiz məlumata görə, almanlar Bakıda “Hilton” otelində məskunlaşacaq. Komanda ertəsi gün matçın keçiriləcəyi stadionda oyunöncəsi məşqə çıxacaqlar. Komanda matç başa çatdıqdan sonra ölkəmizi tərk edəcək.

Qeyd edək ki, martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək C qrupunun Azərbaycan – Almaniya oyunu saat 20:00-da başlayacaq. Almaniya 12 xalla qrup lideridir. Azərbaycan millisi isə 7 xalla üçüncüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43