Dünya futbolu

Almaniya millisindən rekord göstərici

Avro-2020-nin seçmə mərhələsinin 9-cu turunda Belarus yığmasına 4:0 hesabı ilə qalib gələrək final mərhələsinə vəsiqə qazanan Almaniya yığması rekorda imza atıb.

Bundestim tarixində 13-cü dəfə Avropa çempionatının finalında iştirak hüququ qazanıb. Bu, turnirin tarixində rekord göstəricidir.

Qeyd edək ki, Almaniya millisi tarixində üç dəfə – 1972, 1980 və 1996-cı illərdə Avropa çempionatının qalibi olublar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43