Ölkə futbolu

Almaniyada futbolçularımızın dueli: Nazarov Balayevə uduzdu

Millimizin futbolçusu Dimitri Nazarov formasını geyindiyi “Karlsrue”nin heyətində növbəti matçlarını keçirib.

İdmanxeber.com-un məlumatına görə, millimizin üzvü komandası ilə “Harder Cup” mini turnirində iştirak edib. 

Turnirdə baş tutan 4 oyunun hamısında forma geyinən futbolçumuz fərqlənməyi də bacarıb.

Sonda Nazarovlu “Karlsrue” finala yüksəlib. Burada Emil Balayevin şərəfini qoruduğu “Ayntraxt”la üz-üzə gələn “Karlsrue” rəqibinə uduzub və mini turnirin ikincisi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43