Qətərin “Əl Əhli” klubu PSJ-nin yarımmüdafiəçisi Julian Draksleri transfer etdiyini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı almaniyalı klubla 2 illik müqavilə imzalayıb və 7 nömrəli forma geyinəcək. Transfer məbləği göstərilmir.
Draksler 2017-ci ilin yanvarından PSJ-də çıxış edir. 2022/23 mövsümündə futbolçu icarə əsasında “Benfika”da çıxış edib; Portuqaliya komandasının tərkibində yarımmüdafiəçi 18 matçda 2 qol vurub.