21 Sentyabr 2024
Dünya futbolu

Almaniyalı futbolçu “Arsenal”ın hədəfində

“Bavariya”nın futbolçusu Leroy Sane karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun xidmətində “Arsenal” klubu maraqlıdır. London klubu 28 yaşlı yarımmüdafiəçini heyətində görmək istəyir. Artıq tərəflər arasında danışıqların başladığı bildirilir.

Sane 2023/2024 mövsümündə bütün yarışlarda 42 oyunda iştirak edib, 10 qol vurub, 13 məhsuldar ötürmə verib.

Onun müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43