Dünya futbolu

Almaniyalı hücumçu İngiltərə klubunda qaldı

“Tottenhem” almaniyalı hücumçu Timo Vernerin performansından razıdır.

İdmanxeber.az-ın məlumatına görə, məşqçilər heyəti icarə əsasında London klubunda forma geyinən futbolçudan razıdır. Bu səbəbdən də Vernerlə daha bir illik müqavilə imzalanıb.

Xatırladaq ki, almaniyalı futbolçu sözləşmə ilə “Leyptsiq” klubuna məxsusdur.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43