“Avro-2017″nin seçmə mərhələsində noyabrın 13-də Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasını qəbul edəcək Almaniyanın U-21 millisinin heyəti açıqlanıb.
Qeyd edək ki, noyabrın 13-də Azərbaycanla qarşılaşacaq Almaniya yığması, 4 gün sonra Avstriya ilə üz-üzə gələcək.
Qapıçılar: Odisseas Vlahodimos (“Ştuttqart”), Yannik Hut (“Maynts”), Timon Vellenreyter (“Malyorka”)
Müdafiəçilər: Kevin Akpoquma (“Fortuna Düsseldorf”), Mitçel Vaysel (“Herta”), Niklas Süle, Jeremi Tolyan (hər ikisi “Hoffenhaym”), Conatan Tah (“Bayer”, Leverkuzen),
Yarımmüdafiəçilər: Maksimilian Arnold (“Volfsburq”) Julian Brandt (“Bayer”, Leverkuzen), Serje Qnabri (“Vest Bromviç”), Leon Qoretzka, Maks Meyer (hər ikisi “Şalke”), Yannik Hereber (“Bohum”), Josua Kimmiç (“Bavariya”), Julian Veiql (“Borussiya”, Dortmund), Mark Ştenger (“Ayntraxt”)
Hücumçular: Deyvi Selke (“Leipziq”), Timo Verner (“Ştutqart”)