Farer adaları millisinin baş məşqçisi Lars Olsen “DÇ-2014″ü seçmə mərhələsi çərçivəsində Almaniya ilə oynayacaqları çətin oyunöncəsi maraqlı açıqlamalar verib.
O, komandada 15 futbolçunun bu oyun üçün işdən icazə aldıqlarını deyib:
“Komandanın 8 üzvü peşəkar futbolçudur. Digərləri adi həyat tərzi sürür və hərəsinin öz peşəsi var. Onlar yalnız oyundan oyuna milliyə qoşulurlar. Məsələn, Almaniyaya qarşı oynamaq üçün 15 futbolçu işdən icazə alıb. Hələlik futbolçuların milliyə buraxılmaları ilə bağlı problem olmayıb”.