İdman

Almanlar Azərbaycanla oyun öncəsi cərimələndi

FİFA Almaniya Futbol İttifaqını cərimələyib.

İdmanxeber.com-un məlumatına görə, buna DÇ-2018-in seçmə mərhələsində Çexiyaya qarşı matçda ölkənin milli komandasının azarkeşlərinin nasist şüarlar səsləndirməsi olub. Bundan başqa, qonaq azarkeşlər pirotexniki məhsullardan istifadə edib və meydana kənar əşyalar atıblar.

Baş verənlərə görə, Almaniya Futbol İttifaqı 32 min İsveçrə frankı ödəməli olacaq.

Qeyd edək ki, Almaniya və Çexiya millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri sırasındadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43