26 Noyabr 2024
İdman

Almeyda “Qarabağ”ın 1100-cü qolunu vurdu

“Qarabağ” Azərbaycan çempionatları tarixində 1100-cü qolunu vurub.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan Premyer Liqasının 22-ci turunun hazırda davam edən “Qarabağ” – “Səbail” görüşündə reallaşıb. 31-ci dəqiqədə penaltidən fərqlənən Riçard Almeyda “Qarabağ”ın 1100-cü qoluna imza atıb.

 İlk qolunu 1992-ci ildə Sabirabad “İnşaatçı”sının qapısından keçirən “Qarabağ”ın tarixinə 1-ci qolun müəllifi kimi Mehman Alışanov düşüb.

 

N

Oyunçu

Rəqib

Yer

Dəq.

Mövsüm

Tarix

1

Mehman Alışanov

İnşaatçı(Sabitabad)

e

4

1992

03.05.1992

100

Səttar Əliyev

Xəzər (Sumqayıt)

e

68

1993/94

30.09.1993

200

Müşfiq Hüseynov

Kür-Nur (Mingəçevir)

e

1995/96

01.10.1995

300

Bəxtiyar Musayev

Neftçi (Bakı)

e

64

1997/98

22.11.1997

400

Elmir Xankişiyev

Şəfa (Bakı)

s

13

1999/2000

03.04.2000

500

Eldəniz Məmmədov

Şahdağ-Samur (Qusar)

s

89

2003/04

13.09.2003

600

Vasif Haqverdiyev

MOİK (Bakı)

e

14

2005/06

29.04.2006

700

Rəşad Sadiqov

Qəbələ (Qəbələ)

s

78

2009/10

06.12.2009

800

Rəşad Sadıqov

Sumqayıt (Sumqayıt)

s

21

2012/13

19.08.2012

900

Muarem Muarem

Neftçi (Bakı)

e

51

2013/14

27.04.2014

1000

Muarem Muarem

Rəvan (Bakı)

e

53

2015/16

30.03.2016

1100

Riçard Almeyda

“Səbail” (Bakı)

e

31

2017/18

07.04.2018


Qeyd edək ki, 1995/96 mövsümündə vurulan qolların dəqiqələri protokollarda göstərilməyib. Həmçinin texniki nəticələr və ləğv olunan matçlar statistikada nəzərə alınmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43