Milli komandamızın üzvü Riçard Almeydanın çıxış etdiyi Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubu “Prezident kuboku”nun 1/4 final mərhələsi oyununa çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, komanda “Şabab Əl-Əhli” ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Futbolçumuz bu oyunda 90 dəqiqə meydanda olub və komandasının yeganə qolunun müəllifi olub.
Bu qələbə ilə “Baniyas” yarımfinala yüksəlib.