Hazırda Qazaxıstanın “Astana” klubunda forma geyinən Riçard Almeydanın adı son günlərdə “Qarabağ”la hallanır. Hətta braziliyalı futbolçunun Ağdam təmsilçisi ilə razılığa gəldiyi də bildirilirdi. Məsələ ilə bağlı Qazaxıstan mətbuatına danışan təcrübəli futbolçu bunları deyib:
“Mənim “Astana” ilə müqaviləm var. Hazırda Braziliyada dincəlirəm. Bu barədə də heçnə deyə bilmərəm”
2012-2018-ci illərdə “Qarabağ”ın formasını geyinən Almeyda ötən mövsümün sonunda “Astana”ya keçib. Onun Qazaxıstan klubu ilə hələ 1,5 illik müqaviləsi var.