“Bayer”in baş məşqçisi Xabi Alonsonun “Real”dan təklif aldığı iddia edilir.
İdmanxeber.az “Marca”-ya istinadən xəbər verir ki, “kral klubu” ispaniyalı ilə əlaqəyə keçməyib. Ona təklif göndərildiyi iddiaları doğru deyil. Rəhbərlik Karlo Ançelottinin işindən narazıdı.
Alonsonun “Bayer”lə müqaviləsinin müddəti 2026-cı ilin iyunun sonuna kimidir. O, 2022-ci ilin oktyabrından bu komandanı çalışdırır.