Ölkə futbolu

Alvaro Silva: “Biz ona görə qalib gələ bilmədik ki,..”

“Xəzər Lənkəran”ın ispaniyalı müdafiəçisi Alvaro Silva komandasının oyununu dəyərləndirib.

28 yaşlı futbolçu ilk iki turda itirdikləri xalları bağışlanmaz sayıb.

Bundan əlavə futbolçu qarşıdaki turda ayın 18-də səfərdə oynayacaqları “Qarabağ” ilə oyunda 3 xalın vacibliyindən danışıb: “Son oyunumuzdakı 0:0 hesabı biabırçılıqdır. Biz ona görə qalib gələ bilmədik ki, buna layiq deyildik. Artıq başqa çıxış yolumuz yoxdur: oyunumuzu təkmilləşdirib növbəti turda qələbə qazanmalıyıq”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43