Kateqoriyasız

AMADA-dan “Qarabağ Dirçəliş Fondu”na yardım

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) əməkdaşları öz təşəbbüsləri ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılmasına dəstək məqsədi ilə ianə aksiyası həyata keçirib.

İdmanxeber.az-ın məlumatına görə, AMADA-nın bütün əməkdaşları öz əmək haqlarından ümumilikdə 14 580 manat vəsaiti könüllü olaraq prezident İlham Əliyevin fərmanı ilə yanvarın 4-də yaradılan “Qarabağ Dirçəliş Fondu”na köçürüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43