İdman

AMADA gimnastlar üçün antidopinq maarifləndirmə seminarı təşkil etdi

AMADA gimnastlar üçün antidopinq maarifləndirmə seminarı təşkil edib.

İdmanxeber.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, seminarda idmançılara dopinq nəzarəti prosesi, qadağan edilmiş siyahı və antidopinq qaydaları haqqında ətraflı məlumat verilib.

Bundan əlavə, idmançıların hüquq və öhdəlikləri ilə bağlı önəmli məlumatlar paylaşılıb, narkotik vasitələr, onların zərərləri və cəmiyyətə olan mənfi təsirlərindən danışılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43