23 Noyabr 2024
İdman Kateqoriyasız

AMADA-nın əməkdaşları güləşçilər üçün seminar keçirib.

İyunun 16-da Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) əməkdaşları güləşçilər üçün seminar keçirib.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyası və AMADA-nın ortaq təşkilatçılığıyla təşkil olunan tədbirdə sərbəst və yunan-Roma güləşi üzrə milli komandaların üzvləri iştirak edib.

Seminarın aparıcısı olan AMADA-nın təhsil şöbəsinin müdiri Lalə Hacıyeva antidopinq qaydaları, qadağan olunmuş maddələrin siyahısı, idmançıların bu sahədə hüquq və öhdəlikləri, məkan məlumatı, narkotik və başqa zərərli maddələrin fəsadları və sair mövzuda geniş məlumat verib. AMADA-nın əməkdaşı idmançı və məşqçilərin irad və təkliflərini dinləyib, suallarını cavablandırıb.

Seminar zamanı güləşçilər antidopinqin müxtəlif qollarını əhatə edən testdə də iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43