Kateqoriyasız

AMADA: “Qayda pozuntularının 56 faizi steroid və narkotiklərdən olub”

“Azərbaycanda 5 il ərzində (2017 – 2022) aşkar olunan qayda pozuntularının 43 faizi steroid, 13 faizi isə narkotik vasitələrlə olub”.

İdmanxeber.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, AMADA bu il antidopinq və antinarkotiklə mübarizədə 60 maarifləndirmə seminarı təşkil edib: “Bu tədbirlərin əksəriyyəti regionlarda baş tutub”.

Hüseynli bildirib ki, Beynəlxalq Antidopinq Agentliyi tərəfindən aşkar edilən qayda pozuntularının isə 64 faizi steroid və narkotiklərin istifadəsi ilə bağlıdır: “Pozuntuların 44 faizi steroid, 19 faizi narkotiklərlə bağlıdır. Ölkəmizdə də bu problem aktualdır. Aparılan beynəlxalq araşdırmalar əldə edilən rəqəmlər göstərir ki, dünyada steroidlərdən istifadə edənlərin 25 faizi gələcəkdə narkotik maddə istifadəçisinə çevrilir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43