16 Sentyabr 2024
Dünya futbolu

Amerika Kubokunun ən yaxşı qapıçısı açıqlandı

Amerika Kubokunun ən yaxşı qapıçısı açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, bu ada Argentina millisinin üzvü Emiliano Martines layiq görülüb. 31 yaşlı qolkiper buna 6 oyunda cəmi 1 qol buraxmaqla nail olub.

Argentina seçməsi turnirin finalında Kolumbiya yığmasını 1:0 hesabı ilə məğlub edərək tarixində 16-cı dəfə Amerika Kubokunu qazanıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43