Azərbaycan millisinin sabiq üzvü Amil Yunanovun yeni komandası bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu II Liqa klubu “Şəfa” ilə anlaşıb. Klub transferi rəsmən açıqlayıb.
Amilin son komandası Albaniyanın “Bitlis” klubu olub. O, azad agent kimi paytaxt təmsilçisinə qoşulub.