Premyer Liqa

Amil Yunanov yubiley qolun müəllifi oldu

Azərbaycan Premyer Liqasının XXVIII turunun “Qəbələ” ilə oyununda hesabı açan Amil Yunanov “Sumqayıt”in tarixinə düşüb.

O, komandasının ev oyunlarında 100-cü qolunun müəllifi olub. Bu matçadək sumqayıtlılar öz meydanında 99 dəfə fərqlənmişdi. “Qəbələ”ni 2:1 hesabı ilə yenən Samir Abasovun yetirmələri bu rəqəmi 101-ə çatdırıb.

“Gənclik şəhəri” təmsilçisi bu qolları 98 matçda vurub. 32 qələbə, 28 heç-heçə və 38 məğlubiyyəti olan “Sumqayıt” evdə 114 top buraxıb.

Qeyd edək ki, “Sumqayıt” 2011/12 mövsümündən Premyer Liqada mübarizə aparır və 100-cü qolunu 6-cı mövsümündə vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43