23 Sentyabr 2024
Ölkə futbolu

Amil Yunanovun Albaniyada debütü uğursuz oldu

Azərbaycanlı futbolçu Amil Yunanovun çıxış etdiyi “Bylis” Albaniya çempionatında növbəti oyunua çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda səfərdə “Vlajniya” görüşüb və 0:2 hesabı ilə məğlub olub. Amil oyuna start heyətdə başlayıb və 71-ci dəqiqədə əvəzlənib. 

Bu nəticədən sonra “Bylis” 5 xalla 9-cu sırada qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43