30 Sentyabr 2024
Dünya futbolu

Amrabat “Fənərbağça”da – RƏSMİ

“Fənərbağça” “Fiorentina”nın yarımmüdafiəçisi Sofyan Amrabatı transfer edib.

İdmanxeber.az-ın məlumatına görə, Super Liqa klubu 28 yaşlı mərakeşlini 2024/25 mövsümünün sonuna qədər icarəyə götürüb. Sözləşməyə birdəfəlik transfer bəndi də daxildir.

Qeyd edək ki, ötən mövsüm Amrabat 30 oyun keçirib və 9 sarı vərəqə alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43