Basketbol üzrə Avroliqanın 33-cü turunun oyunları keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, turun maraqlı gözlənən matçında Türkiyənin iki komandası üz-üzə gəlib. “Fənərbağça” evdə “Anadolu Efes”i qəbul edib.
Matç ev sahibi komandanın 103:86 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticənin ardından “Fənərbağça” pley-off yolunda önəmli qalibiyyət alıb.
“Anadolu Efes” isə turnirlə vidalaşıb.