“Trabzonspor” futbolçusu Viktor Hüqo ilə yolları ayıracaq.
İdmanxeber.az-ın məlumatına görə, braziliyalı futbolçu özü klubdan getmək qərarına gəlib. 31 yaşlı müdafiəçi anasının xəstələnməsi səbəbindən ölkəsinə qayıtmaq istəyir. Təcrübəli müdafiəçi bu istəyini “Trabzonspor” rəhbərliyinə bildirib və ona müsbət cavab verilib.
Qeyd edək ki, V.Hüqo Braziliyanın “Bahia” klubunun maraq dairəsindədi.