05 Avqust 2021
Dünya futbolu

Ançelotti açıqladı: Beyl “Qalatasaray”a qarşı oynayacaqmı?

Bu gün Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qalatasaray” doğma azarkeşlər önündə Madrid “Real”ını qəbul edəcək.

Bu oyunda Madrid klubunun yeni transferi Qaret Beylin oynayacağı sual altındadır.

Kral klubunun baş məşqçisi Karlo Ançelotti oyunöncəsi açıqlamasında uelsli futbolçunun ilk 18-likdə yer alacağını deyib. Futbolçunun yüngül zədəsinin olduğunu və bu oyuna tam hazır olmadığını bildirən çalışdırıcı, oyunun gedişatında Beyli oyuna buraxa biləcəyini də sözlərinə əlavə edib.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Fənərbaxça” Fransa səfərində azarkeşsiz olacaq

admin

“Spartak”ın futbolçusundan möhtəşəm qol – VİDEO

admin

Türkiyənin Buxarest zəfərinə sevinən azərbaycanlı şərhçi türk mediasının diqqətində – VİDEO

admin