24 Sentyabr 2024
Dünya futbolu

Ançelotti həbs oluna bilər

”Real”ın baş məşqçisi Karlo Ançelotti həbs oluna bilər.

İdmanxeber.az “Relevo”ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis Madrid klubundakı ilk dönəmində 1 milyon avroluq vergini ödəməmək də günahlandırılır. Madrid prokurorluğu Ançelottinin 4 il 9 ay azadlıqdan məhrum edilməsini tələb edib.

64 yaşlı məşqçinin “Real”dakı ilk dönəmi 2013-15-ci illər arasında olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43