Kateqoriyasız

Ançelotti: “Hesab oyuna görə olmadı”

Çempionlıar Liqasının qrup mərhələsi çərçivəsində səfərdə “Qalatasaray”ı darmadağın edən Madridin “Real” klubunun baş məşqçisi Karlo Ançelotti qələbəyə şərh verib.

İtaliyalı mütəxəssis 6:1 hesablı qələbəyə rəğmən qalibiyyəti çətinliklə qazandıqlarını bildirib:

“Bu oyunda qələbəni asanlıqla qazanmadıq. Hesab oyuna görə deyildi. İlk hissədə “Qalatasaray” daha yaxşı oynadı və bizə çətin anlar yaşatdı. Onlar bizdən daha yaxşı oynadılar. Ancaq ikinci hissədə Benzema və Ronaldo ilə boşluqlardan yararlandıq. Digər oyunun da heç-heçə bitməsi bizi ilk oyundaca qrup lideri etdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43