Dünya futbolu

“Ançelotti öz liqasını tanımır”

"Real"ın çalışdırıcısı Karlo Ançelotti İspaniyada tənqid atəşinə tutulub.

"Marca"nın verdiyi məlumata görə, təcrübəli mütəxəssis bu mövsüm "Saraqosa"nın çempionatda iştirak etməməsinə baxmayaraq, əsas rəqiblərindən birinin bu klub olduğunu deyib. İtalyan çalışdırıcı çempionatın ən güclü klubları haqda fikir yürüdərkən "Barselona"dan sonra "Saraqosa"nı adını çəkib.

Bu isə məşqçinin La Liqa haqqında yetərli informasiyaya sahib olmadığının göstəricisidir.

Bu açıqlamanın ardından ispan jurnalistlər "Ançelotti öz liqasını tanımır" başlıqlı yazı dərc ediblər və onu sərt şəkildə tənqid ediblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43